BAKI, 22 mart - Sputnik. Türkiyənin 37 bölgəsində FETÖ (Fətullahçı Terror Təşkilatı) əməliyyatı çərçivəsində 126 nəfər saxlanılıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, həbs olunanların çoxu vəkildir.
Məlumata görə əməliyyat zamanı 108 nəfər vəkil tutulub. Əməliyyatlar davam edir.