“C” QRUPU
Niderlandlılar UEFA Millətlər Liqasında yığdıqları sürəti azaltmayıblar. Görüşün qəhrəmanı Memfis Depay olub. “Lyon”un hücumçusu hər iki hissədə bir qol vurub, Corcinio Veynalduma və Vircil van Dayka qol ötürmələri verib.
Nayal MakGinin və Stiven Devisin qolları qonaqların müqavimətini qırıb. İlk yarıda Peddi Makneyr qol şansından istifadə etməyib. Bundan sonra MakGin Kayl Laffertinin ötürməsindən istifadə edib, Devis isə penaltini qola çevirib.
“E” QRUPU
“Krılya Sovetov” klubunun hücumçusu Ramil Şeydayevin gözəl qolu azərbaycanlılara xal gətirməyib. Fasilədən əvvəl Borna Başiç hesabı bərabərləşdirib. Sona doğru isə çətin sərbəst zərbədən istifadə edən Andrey Kramariç DÇ-2018-in gümüş medalçılarına qələbə gətirib.
“G” QRUPU
Kşiştof Pentekin ikinci yarıda vurduğu qol matçın taleyini həll edib. “Milan”ın forvardı milli üçün 3 oyunda ikinci qolunu vurub. Hayns Lindner Kiyev “Dinamo”çusu Tomaş Kendzeranın zərbəsini qaytararkən Pentek topa birinci çatıb.
Şimali Makedoniya - Latviya 3:1
30-cu dəqiqədə meydan sahibləri 2:0 hesabı ilə öndə idilər. Birinci qol zədə səbəbi ilə əvəzlənən veteran qapıçı Andris Vaninin səhvinin nəticəsi olub. Latviya oyunun sonunda avtoqolla qollardan birinin əvəzini çıxıb. Lakin Andrey Tsıqanikin oyundan çıxarılması və makedoniyalıların üçüncü qolu Slaviş Stoyanoviçin "canavarlar"ın başında debütünü tamamilə pozub. Makedoniya futbolunun əfsanəsi Qoran Pandev milli komandada 100-cü matçını keçirib.
“I” QRUPU
Yuri Tilemans millinin ilk qolunu vuraraq meydan sahiblərini önə keçirib. Lakin Tibo Kurtuanın səhvi Denis Çerışevə 2 dəqiqədən sonra hesabı bərabərləşdirməyə imkan verib. Heç şübhəsiz matçın ən yaxşı oyunçusu Eden Azar idi. O, fasilədən əvvəl Belçikanı penaltidən irəli çıxarıb və matçın sonunda dubl edib. Aleksandr Qolovin isə iki sarı vərəqə alıb.
DÇ-2018-in seçmə mərhələsində Qazaxıstan millisi bir qələbə də qazana bilməyib, amma AVRO-2020-nin seçmə mərhələsinə böyük uğurla başlayıb. 10-cu dəqiqədə Qazaxıstan millisi Yuri Pertsuxun və Yan Voroqovskinin gözəl qolları sayəsində irəlidə idi. “Rostov”lu Baktiyer Zaynutdinovun başla vurduğu qol Mixal Bilekin komandasına böyük hesablı qələbə gətirib.