Avakov Saakaşvilinin Ukraynaya qayıtmaq planını "ucuz piar" adlandırıb

© Sputnik / Стрингер / Mediabanka keçidUkraynanın daxili işlər naziri Arsen Avakov
Ukraynanın daxili işlər naziri Arsen Avakov - Sputnik Azərbaycan
Abunə olmaq
Avakovla Saakaşvili arasında söz dueli davam edir

BAKI, 21 mart – Sputnik. Ukraynanın daxili işlər naziri Arsen Avakov Mixail Saakaşvilinin Kiyevə gəlmək planlarını "300 dollarlıq piar" adlandırıb.

"Məhkəmə qadağasına görə o heç aldığı biletlə təyyarəyə minə bilməyəcək" - Avakov deyib. 

Daha öncə Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili bəyan edib ki, aprelin 1-də Ukraynaya gəlmək fikrindədir, çünki hazırkı dövlət başçısı Pyotr Poroşenkonun yenidən prezident seçilməyəcəyinə və beləliklə, heç kimin onun gəlişinə mane ola bilməyəcəyinə əmindir. O, həmçinin aldığı təyyarə biletini də göstərib.

Xəbər lenti
0