Böyük Britaniyada məscidlərə silsilə hücumlar edildi

© Sputnik / Aleks Maknoton / Mediabanka keçidLondon polisi hadisə yerində, arxiv şəkli
London polisi hadisə yerində, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorla mübarizə qrupları hadisəni araşdırır

BAKI, 21 mart - Sputnik. Böyük Britaniyanın Birminhem şəhərində 4 məscidə hücum edilib.

Sputnik Azərbaycan “Haber7”ə istinadla xəbər verir ki, gecə saatlarında 4 məscidə ağır çəkiclə hücum edilib, pəncərələr qırılıb. Polis hadisəni təsdiq edib. Məscidlərə ayrı-ayrı vaxtlarda bənzər hücumlar edilib. 

Hücumların bir-biri ilə əlaqəli olduğuna inandığını açıqlayan polis, cinayət ilə bağlı dəlillərin toplandığını və təhlükəsizlik kamerası görüntülərinin araşdırıldığını bildirib. 

Polis rəisi Dave Thompson verdiyi açıqlamada Yeni Zelandiyadakı terror hadisəsindən sonra bölgədəki məscid, kilsə və digər ibadət yerlərinə dəstək vermək üçün oraların camaatları ilə yaxın bir şəkildə çalışdıqlarını bildirib. 

Polis rəisi hücumların səbəbinin hələlik bilinmədiğini açıqlayıb. Terrorla mübarizə qrupları da hadisəni araşdırır.

Xəbər lenti
0