CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnəyə səcdə edənlərin ölkəsində ilan yeyənin təəssüratları

Abunə olmaq
Sinqapurda saqqız çeynəmək 1000 dollardısa, buna görə cərimə isə daha yüksəkdir

 

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 20 mart — Sputnik. Səyahət etmək, fərqli ölkələri, şəhərləri görmək, onların mədəniyyətləri, adət-ənənələri, milli mətbəxləri ilə tanış olmaq çoxumuzun arzusudur. Sputnik Azərbaycan-ın budəfəki müsahibi, demək olar ki, bu arzusunu reallaşdırıb. Çünki o, nə az, nə çox, düz 61 ölkəyə səfər edib. Daha ətraflı isə Vüqar Quliyev özü danışdı:

- İlk düşündürən sual budur ki, bu qədər ölkəyə səyahət etməyin xərcini necə qarşılayırsınız?

- Səyahət xərclərimin 15 faizi çalışdığım şirkət, 15 faizi özüm, qalan hissəsi isə Amerikanın insan resursları üzrə bir akademiyası tərəfindən qarşılanır. Bu akademiyaya üzv olmaq üçün heç də az zaman sərf etməmişəm. 3 il gərgin çalışdıqdan sonra Amerikadakı HR akademiyasına üzv oldum. Həmin akademiyadakı üzvlüyümlə bağlı müxtəlif dəvətlər aldıqda fürsətdən istifadə edib sərhəd ölkələrə də keçirəm. Artıq bu səyahət sayəsində səfəri ucuz başa gətirməyi öyrənmişəm. Hansı şəhərlərin bahalı, hansıların isə ucuz olduğunu bilirəm. Məsələn, Budapeşt bahalı şəhər hesab edilə bilməz. Lakin İsveçrədə 5 günlük qalmaq üçün azı 5 min avron olmalıdır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Vugar Guliyev (@vuqar_guliyev_27)

- Ən ucuz ölkələr hansılardır?

- Şərq ölkələri ucuzdur. Lakin bu ölkələrdə təyyarə bileti çox baha olur.

- Getdiyiniz ölkələrdə qəribəliklər, qəribə, qeyri-adi adət-ənənələrlər rastlaşmısınız?

- Filippinin bir kəndində nə müasir texnologiya, kompüter, nə də radio və televizor var. Hər kəs əkdiyini yeyir, becərir. Ona görə də onlar daha sağlam həyat tərzi keçirirlər. Bu kənddə insanlar ən azı yüz il yaşayırlar.

Qeyri-adi ənənələri ilə seçilən ölkələrdən biri də Hindistandır. Hindistanda bazarda yaxınlaşıb kimdənsə inək ətinin satışı ilə bağlı nəsə soruşa bilməzsən. Bu sual çox dəhşətli nəticələr yarada bilər. Hindistanın bir başqa bölgəsində də meymuna sitayiş edirlər. Meymuna yemək, qızıl, hətta paltar da gətirirlər. Ümumiyyətlə, o ölkədə qəribəliklər çoxdur. Hindistanlıların yemək adət-ənənələri də çox fərqlidir. Xörəklərdə ədviyyatlardan çox istifadə edirlər. Ona görə Hindistanda olarkən yemək sarıdan çox əziyyət çəkirdim. Demək olar ki, xörəklər ancaq ədviyyat dadır. Əgər gözünü yumaraq qabağına qoyulan yeməyi dadsan, nə yediyini belə bilməzsən. Bu ölkə həm də buddistliyi ilə çox seçilir. Bu səbəbdən Hindistan və İndoneziyada əsas gəlir gətirən sahələr buddist karxanalarıdır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Vugar Guliyev (@vuqar_guliyev_27)

- Çin mətbəxini necə, dadmısınız?

- Çin bazarında hər cür həşərat, siçan, siçovul, pişik əti satılır. Bu heyvanların diriləri daha baha satılır, nəinki ölüsü. Çinin bəzi yerlərində isə bu cür heyvan ətlərinin satılması xoş qarşılanmır. Məsələn, Çinin şimalında heyvanların qorunması üçün müxtəlif dərnəklər fəaliyyət göstərir. Bu dərnəklər vasitəsilə tez-tez müxtəlif nümayişlər keçirilir. Bu cür ölkələrə, ümumiyyətlə, şərq ölkələrinə gedəndə daha çox balıq yeyirəm. Onların balıqları çox gözəl olur, xüsusi formada hazırlanaraq masaya gətirilir. Belə ölkələrdə balıqdan başqa, ətli xörəklər yemirəm. Çünki xörəkdə hansı ətdən istifadə edildiyi şübhəli qalır. Bir dəfə belə arzuolunmaz hadisə ilə qarşılaşmışam. Toyuq əti bilib qurbağa əti yemişəm. Ətdən balıq tamı gəldiyi üçün yanılmışdım. Bəzən isə maraq üçün bilərəkdən hansısa heyvan ətini dadıram. Xüsusi marağım olduğu üçün timsah əti də yemişəm. Çox şirin idi. Kərtənkələ, ilan əti də çox dadlıdır.

- Bu ölkələrin mətbəxlərində qiymətlər necədir?

- Bu ölkələrin mətbəxləri elə də baha deyil. Yalnız Sinqapurun mətbəxi çox bahadır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Vugar Guliyev (@vuqar_guliyev_27)

- Məqam düşmüşkən, Sinqapurla bağlı təəssüratlarınızı öyrənmək istərdik.

- Sinqapur çox inkişaf etmiş ölkədir. Orada yerə nəsə atmaq, tüpürmək olmaz. Hətta Sinqapurda saqqız satışı da, demək olar ki, qadağan edilib. Çünki Sinqapur çox isti ölkədir, kimsə saqqızı çeynəyib yerə atdıqda asfalt korlanır. Orada küçələr tər-təmiz olur.

- Maraqlıdır, Sinqapurda saqqız neçəyədir?

- Sinqapurda saqqız çeynəmək 1000 dollardısa, buna görə cərimə isə daha yüksəkdir. Bu səbəbdən də ölkə çox təmizdir.

- Təhsilinə görə Sinqapurla yanaşı Yaponiya modeli də çox təkmil hesab edilir. Orada nələr sizi cəlb edib?

- Yaponiyada olarkən bağçalara baş çəkmişdim. O ölkədə 9 yaşa qədər uşaqlara təhsillə bağlı biliklər öyrədilmir. Bu yaşadək onlar hərf və rəqəmlər haqda anlayışsız olurlar. Lakin onlara yalnız bir şey təlqin edilir: insanlıq. İnsanlıq, dəstək, yardımın öyrənilməsi, hər şeyin paylaşılması çox önəmlidir. Bunun üçün bağça uşaqları arasında xüsusi oyunlar da təşkil edilir. Məsələn, bir ipdən tullanmaq üçün digər dostlardan yardım almaq, yaxud dostuna yardım etmək necə olur təlqin edilir. Belə oyunlar vasitəsilə həm də uşağı yükləmədən onun beynini inkişaf etdirmiş olurlar. Yaponiyada kitaba maraq yaratmaq üçün müxtəlif festivallar təşkil olunur.

Посмотреть эту публикацию в Instagram

Публикация от Vugar Guliyev (@vuqar_guliyev_27)

- Bəs, Avropa ölkələrinin qəribəlikləri nədir?

- Mərkəzi və Şimali Avropa ölkələrinin vətəndaşları çox soyuqqanlıdır. Onların iş saatları axşam 6-da bitirsə, kimsə 1 dəqiqə sonra gəlib mağazanı, yaxud da hansısa müəssisəni açmağı nəinki tələb edə, heç xahiş də edə bilməz. Hansısa Avropa ölkəsində xəbər vermədən kiminsə evinə getsən, sənin qabağına su da qoymazlar. Çünki xəbərsiz gəldiyin üçün sən həmin şəxsin rahatlığını pozmuş olursan.

- Deyirlər ki, avropalılar çox maddiyatçıdır, doğrudur?

- Bəli. Onlarla dost olmaq mümkün deyil. İllərlə birgə gördüyümüz şəxslər belə, dost olmurlar. Əgər onlar dost olsalar, təəccüblü gələr hər kəsə.

Xəbər lenti
0