BAKI, 19 mart — Sputnik. Yeni Zelandiyanın baş naziri Casinda Ardern ölkənin Kraystçerç şəhərində yerləşən iki məscidə silahlı hücum təşkil edən şəxsin adını heç zaman dilinə almayacağını bildirib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, nazir bu gün parlamentdəki çıxışında belə addım atmasının səbəblərini izah edib: "O, bu terror ilə bir sıra şeyləri hədəfləmişdi. Onlardan biri də şöhrət qazanmaq idi. Bu səbəbdən həmin şəxsin adını heç zaman mənim dilimdən eşitməyəcəksiniz".
Nazirin müsəlman birliklərinin liderləri ilə görüşərkən onları "salam-əleyküm" deyərək salamlaması da diqqət çəkib.
Qeyd edək ki, hadisə ultrasağçı Avstraliya vətəndaşı olan Brenton Tarrant adlı şəxs tərəfindən törədilib.
Xatırladaq ki, bir neçə gün öncə Yeni Zellandiyanın Kraystçerç şəhərində yerləşən iki məscidə edilən silahlı hücum nəticəsində 50 nəfər ölüb, 48 nəfər xəsarət alıb.