Səudiyyə Kralından şahzadəyə zərbə: Səlahiyyətləri əlindən alındı

© AP Photo / Saudi Press AgencySəudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz oğlu Məhəmməd bin Salmanla
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz oğlu Məhəmməd bin Salmanla - Sputnik Azərbaycan
Abunə olmaq
Vəliəhd şahzadə Məhəmməd bin Salmanın iqtisadiyyat və maliyyə sahəsində qərar qəbul etməsi məhdudlaşdırılıb

BAKI, 19 mart — Sputnik. Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz oğlu Məhəmməd bin Salmanın bir sıra səlahiyyətlərini əlindən alıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, vəliəhd şahzadə Məhəmməd bin Salmanın iqtisadiyyat və maliyyə sahəsində qərar qəbul etməsi məhdudlaşdırılıb.

Məhəmməd bin Salman - Sputnik Azərbaycan
Şahzadə Salmanı ittiham edən qanun layihəsi Senata təqdim edilib

Vəliəhd şahzadə iki həftədir əhəmiyyətli tədbirlərdə iştirak etmir. Şahzadənin investisiya qərarlarına kralın adından yeni milli təhlükəsizlik müşaviri Musaed al-Aibanın nəzarət edəcəyi bildirilib.

Ata oğulun arasını vuran hadisə isə İstanbulda Səudiyyə Ərəbistanın səfirliyində jurnalist Camal Qaşıqçının öldürülməsi olub. Ər-Riyad rəhbərliyi cinayətdə şahzadənin rolu olduğu iddialarını tez-tez rədd etsə də, Məhəmməd bin Salmanın nüfuzunun sarsıldığı deyilir.

Son olaraq Rusiya xarici işlər naziri Sergey Lavrov Ər-Riyada həyata keçirdiyi səfər zamanı Məhəmməd bin Salman ilə bir araya gəlməyib. Hindistan və Çin səfirləri ilə və digər görüşlərdə də şahzadə iştirak etməyib.

Xəbər lenti
0