Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda sərnişin avtobusunun iştirakı ilə zəncirvari qəza olub, yaralananlar var

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza nəticəsində xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib

BAKI, 19 mart — Sputnik. Paytaxtın "8-ci kilometr bazarı" adlanan ərazisinin önündə qəza baş verib. Sputnik Azərbaycan-ın xəbərinə görə, 40 nömrəli marşrut üzrə hərəkət edən avtobus idarəetməni itirərək avtomobilə çırpılıb.

Avtobusun "Nissan" və "BMW" markalı avtomobillərə çırpılması nəticəsində daha bir avtomobilə də zərər dəyib. Qəza nəticəsində xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 30 yaşlı kişi döş qəfəsinin küt travması ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb: "Xəstəxanada ilkin tibbi yardım alan yaralı artıq evə buraxılıb. Qəzada xəsarət alan 72 yaşlı kişiyə isə yerindəcə yardım göstərilib".

Xəbər lenti
0