CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəriqaz" gücləndirilmiş rejimdə işləyəcək

Abunə olmaq
Bayram günlərində qəza halları istisna olmaqla, təbii qaz təchizatını məhdudlaşdıracaq planlı işlərin görülməsi nəzərdə tutulmur

BAKI, 19 mart — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi (İB) Novruz bayramı münasibəti ilə 20-26 mart tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" İB-nin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
I sinfə elektron qəbul sistemi Novruz bayramı tətillərində fəaliyyət göstərməyəcək

Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və dayanıqlı təmin edilməsi, eləcə də "Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları"nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.

Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli "Çağrı Mərkəzi"nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda İB-nin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

Bayram günlərində qəza halları istisna olmaqla, təbii qaz təchizatını məhdudlaşdıracaq planlı işlərin görülməsi nəzərdə tutulmur.

Xəbər lenti
0