Yerevanda etirazlar davam edir

© Sputnik / Karine HarutyunyanАкция протеста производителей газированных напитков перед Домом правительства (18 марта 2019). Еревaн
Акция протеста производителей газированных напитков перед Домом правительства (18 марта 2019). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir

BAKI, 18 mart — Sputnik. Qazlı içkilərin istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri bu gün səhər saatlarından etibarən Ermənistanın hökumət binası qarşısında toplaşaraq yenidən etiraz aksiyası keçirirlər. Sputnik Ermənistan xəbər verir ki, etirazçılar Vergilər Məcəlləsində nəzərdə tutulan yeni aksiz vergisinə etiraz edirlər.

© Sputnik / Andranik GhazaryanErmənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir
Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir - Sputnik Azərbaycan
1/3
Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir
© Sputnik / Andranik GhazaryanErmənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir
Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir - Sputnik Azərbaycan
2/3
Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir
© Sputnik / Karine HarutyunyanErmənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir
Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir - Sputnik Azərbaycan
3/3
Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir
1/3
Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir
2/3
Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir
3/3
Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçirilir

Ermənistan Maliyyə Nazirliyinin Vergilər Məcəlləsinə təklif etdiyi dəyişikliklərə əsasən, hər bir litr qazlı içkiyə görə tətbiq olunan vergi 5% artacaq. Aksiya iştirakçılarının fikrincə, yeni vergi ölkədə qazlı içkilərin qiymətinin artımı ilə nəticələnə bilər.

Etirazçılar Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla görüş tələb edirlər. Onlar əllərində "Hökumət işsizliyi dəstəkləyir", "Hökumət orta sahibkarlığı öldürür", "Böyük biznesin hökuməti" kimi şüarlar yazılan plakatlar tutublar.

Xatırladaq ki, ötən həftə də eyni tələblərlə Yerevanda etiraz aksiyası keçirilmişdi.

Xəbər lenti
0