BAKI, 18 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşməsi ilə bağlı 2019-cu il birinci qrant müsabiqəsinin nəticələrini elan edib.
Sputnik Azərbaycan Şuranın rəsmi saytına istinadla xəbər verir ki, 2019-cu il 1-ci qrant müsabiqəsində 371 QHT-nin layihəsi qalib olub.
Qalib gələn, eləcə də maliyyələşməyən və seleksiyadan keçməyən QHT-lərin siyahısı da istimaiyyətə təqdim edilib. Müsabiqənin nəticələri ilə hiperlinkə daxil olaraq tanış ola bilərsiz.