Paytaxt sakinlərinə təcili xəbərdarlıq

© Sputnik / Murad OrujovЖители столицы на Приморском бульваре в Баку
Жители столицы на Приморском бульваре в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Piyadalar küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçməməyə, sürücülər avtomobillərini təhlükəli məkanlarda park etməməyə çağırılır

BAKI, 18 mart — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) gecədən başlayan güclü küləklə bağlı paytaxt sakinlərinə, xüsusilə sürücülərə xəbərdarlıq edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, hazırda paytaxtda güclü külək müşahidə olunduğundan vətəndaşların, eləcə də sürücülərin diqqətli olmaları tövsiyə edilir. Sürücülərdən avtomobillərini hündür və irigövdəli ağacların altında park etməmələri xahiş olunur.

Rəsmi qurum, həmçinin, sakinləri ehtiyatlı olmağa, küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçməməyə çağırır: "Paytaxtın bir neçə yerindən ağac qırılması ilə bağlı çağırışlar daxil olub. Birlik əməkdaşları hadisə yerlərinə yollanıblar. Yaxın saatlarda küləyin törətdiyi fəsadlarla bağlı dəqiq məlumat əldə olunacaq. Birlik bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib".

Xəbər lenti
0