BAKI, 18 mart — Sputnik. Novruz Bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 20-24 mart tarixlərində qeyri iş günü olacaq.
Sputnik Azərbaycan “ASAN xidmət”in mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 25-dən etibarən isə mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərsiniz.
Qeyd edək ki, vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 “Çağrı” Mərkəzi vasitəsilə əldə edə bilərlər.