BAKI, 18 mart — Sputnik. Azərbaycanda kəpək istehsalı və satışının 2019-cu il martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi təklif olunur.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.
Məcəlləyə kəpək istehsalı və satışının 2019-cu il martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı 164.1.43-cü maddənin əlavə edilməsi məqsədəuyğun hesab olunur.
Dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.