BAKI, 17 mart — Sputnik. Şamaxı rayonunda 3 yaşlı uşaq suda boğulub.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, bədbəxt hadisə axşam saatlarında rayonun Göylər kəndində baş verib.
2016-cı il təvəllüdlü Günay Qasımova həyətdə oynayarkən valideyn nəzarətindən kənarda qalıb və həyətdəki böyük su çəninə düşərək boğulmağa başlayıb. Olaydan vaxtında xəbər tutan valideynləri uşağı xilas edə biliblər və onu Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparıblar.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 3 yaşlı Günayın vəziyyəti ağır olduğundan, o, Bakı şəhərinə göndərilib.