BAKI, 16 mart — Sputnik. Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda məsciddə oğurluq edilib.
Sputnik Azərbaycan "Mynet"ə istinadla xəbər verir ki, naməlum şəxs məsciddə namaz qılmaq üçün gələnlərin ayaqqabılarını oğurlayıb.
Oğurluq hadisəsi məsciddə olan kameralara düşüb. Görüntülərdə naməlum şəxs əyninə olan ayaqqabıları bir-bir yoxlayıb və onları aparıb.
Namazdan sonra məscidə gələnlər ayaqqabılarının olmadığını görüblər. Vəziyyəti məscidin axunduna bildiriblər. Məscidin imamı da kamera görüntülərini araşdırıb. Məlum olub ki, bundan əvvəl də həmin şəxs bu məsciddə ayaqqabıları oğurlayıb.
Polis oğrunu tutmaq üçün axtarışlara başlayıb.