BAKI, 17 mart – Sputnik. Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Bakının Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bu cəzaçəkmə müəssisəsindən 25 nəfər azadlığa buraxılıb. Onların arasında, AXCP sədrinin müavini Gözəl Bayramlı, eləcə də Şəmsiyyə Bəylərqızı da var.
Həmin şəxslərə buraxılış arayışları təqdim olunub.
Qeyd edək ki, sərəncam ölkə üzrə, ümumilikdə, 431 nəfərə şamil olunub.