CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfv sərəncamı bütün müəssisələrdə icra olunur, tanınmış şəxslər azadlıqda

CC0 / stokpic / тюрьмаКолючая проволока, фото из архива
Колючая проволока, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azad olunanlar arasında NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov və jurnalistlər Fikrət Fəraməzoğlu ilə Nicat Əliyevin də adları var

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 17 mart – Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı bütün ölkə ərazisində icra olunur. Sputnik Azərbaycan xəbər verir ki, Qaradağ rayon 13 saylı cəzaçəkmə müəssisəsində də məhbuslar azad edilib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu - Sputnik Azərbaycan
Hüquq müdafiəçisi əfv fərmanı haqqında: geniş olacaq

Əfv sərəncamı cəzaçəkmə müəssisəsində 42 nəfərə şamil olunub. Onlara azad edilmələri barədə müvafiq sənəd təqdim edilib.

6 saylı cəzaçəkmə müəssisəsində isə 49 nəfər azad edilib. Əfv sərəncamı 14 saylı müəssisədə də icra olunub.

Bundan əlavə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar müəssisəsində 23 nəfər, 1 saylı cəzaçəkmə müəssisəsində 8 nəfər azad edilib.

 “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Bu müəssisədə 31 məhbusa buraxılış arayışları təqdim edilib.

Onların arasında NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov və jurnalistlər Fikrət Fəraməzoğlu ilə Nicat Əliyevin də adları var.

Qeyd edək ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil edilib.

Xəbər lenti
0