Azərbaycan Mətbuat Şurası qəzet yayımı ilə bağlı vəziyyətin detallarının öyrənilməsi məqsədi illə MŞ-nin vaxtilə mövcud olmuş monitorinq qrupunun fəaliyyətini bərpa edib.
Bununla bağlı Sputnik Azərbaycan-a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, qəzet köşkü adı ilə fəaliyyət göstərən satış məntəqələri qəzetdən başqa hər şey satırlar:
“Məsələ burasındadır ki, satışla məşğul olan şəxslər qəzet satılmasında da maraqlı deyillər. Bu baxımdan qəzet köşklərinin təyinatı üzrə istifadəsi məqsədə uyğun olardı. O cümlədən metro keçidlərində və böyük marketlərdə ayrıca qəzet stendlərinin açılması vəziyyətdən xilas olmağa yardım edə bilər. Ümumilikdə isə qəzet işi perspektivsizdir. Yəqin ki, yaxın zamanda meydandan sıxışdırılıb çıxarılacaq. O zamana qədər çalışmalıyıq ki, insanlar axtardıqları qəzetləri alıb oxuya bilsinlər”.
Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz