Novruz - Türk və İran xalqlarında astronomik günəş təqviminə əsasən yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Bu bayramın kökləri insanın yazılı tarixindən əvvəlki dövrlərə gedib çıxır. Ərəb işğallarından sonra da bu bayram günümüzə qədər hər yerdə qeyd olunur. Müasir dövrlərdə bu bayram yaz gecə-gündüz bərabəyliyi günlərində qeyd edilir.
Onu da qeyd edək ki, Yaxın Şərq ərazilərində Novruz yalnız o xalqlar tərəfindən qeyd edilir ki, onlar həmin ərazilərdə ərəblərin gəlməsinə, islamın yayılmasına və Ərəb xilafətinin dirçəlişinə qədər də yaşayıblar.
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyası mart ayının 21-ni "Beynəlxalq Novruz Günü" elan edib. Novruz bayramı bir çox şərq ölkələri ilə yanaşı Azərbaycanda da xüsusi təmtəraqla qeyd edilir. Ölkəmizdə bu bayramın dəyişilməz qalan simvolları ənənəvi şirniyyatlar - şəkərbura, paxlava, qoğal, həmçinin cücərdilmiş buğda – səməni və boyanmış yumurtadır.
Novruz və bu bayramın əsas şirniyyatları ilə bağlı ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə edə bilərsiz.