CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfv hansı tanınmışlara şamil edilib – SİYAHI

© Sputnik / Irade JELILHəbsxana divarında tikanlı məftillər, arxiv şəkli
Həbsxana divarında tikanlı məftillər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azad edilən ən tanınmış şəxs keçmiş səhiyyə naziri Əli İnsanovdur. Bundan əlavə, azad edilənlər arasında müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun da adı var.

BAKI, 16 mart – Sputnik. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Əfvlə bağlı sərəncam imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, əfv sərəncamı 431 nəfərə şamil ediləcək.

Обрушившаяся мечеть в городе Палу на острове Сулавеси в Индонезии, где прошло разрушительное землетрясение и цунами. 30 сентября 2018 года - Sputnik Azərbaycan
Həbsxana rəisi ilə dalaşan 100-dən çox məhbus qaçdı

Onlardan 399 nəfəri cəzasının qalan hissəsini çəkməkdən azad edilərək azadlığa buraxılırlar. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Bəs azad edilənlər arasında hansı tanınmış simalar var?

Bu, ilk növbədə keçmiş səhiyyə naziri Əli İnsanovdur. Bundan əlavə, azad edilənlər arasında müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun da adı var.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, Nida Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə və Elgiz Qəhrəman, eləcə də Qiyas İbrahimov və Bayram Məmmədov, müsavatçı Əlikram Xurşidov, AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı Murad Ədilov, AXCP sədri Əli Kərimlinin qaynı Eynur Seyidovun da adı əfv siyahısındadır.

Bundan başqa, “Jam.az” saytının baş redaktoru İbişbəyli Fikrət Fəraməz oğlu, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğlu, rüşvət almaqda təqsirləndirilərək həbs olunan Rüfət Səfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynov, satirik şair Tofiq Həsənov, “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov, eləcə də Zülfüqar Mikayılov, Elman Ağayev, Raiz Mirzoyev, Rasim Cəbrayılov, Lətif Əhmədov, Ramil Əliyev, Seymur Aslanov da əfv ediliblər.

Xəbər lenti
0