İsrail Qəzzada 100-ə yaxın hədəfi bombalayıb

© AP Photo / Tsafrir AbayovИзраильский танк в Газзе, фото из архива
Израильский танк в Газзе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Martın 14-ü Qəzza sektorundan Təl-Əviv istiqamətində iki raket atılıb

BAKI, 15 mart — Sputnik. İsrail hərbçiləri Qəzza zolağında təxminən 100-ə yaxın hədəfi vurub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusu öz rəsmi "Twitter" səhifəsində yazıb.

Qeyd olunur ki, zərbələr Fələstin ərazisindən Təl-Əvivə atılan raketlərə cavab olub.

Hələlik İsrail zərbələri nəticəsində zərər çəkənlər və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, martın 14-ü Qəzza sektorundan Təl-Əviv istiqamətində iki raket atılıb. Onlardan biri raket əleyhinə müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Xəbər lenti
0