CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İpoteka kreditlərinin dayandırıldığı haqda şikayətlər var: Fond susur, banklar təkzib edir

© pixabay / JesusManuel1Yeni mənzil, arxiv şəkli
Yeni mənzil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şikayətlərdə deyilir ki, banklar tərəfindən onlara 7 faizlik kreditin dayandırıldığı bildirilsə də, heç bir səbəb göstərilmir

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. İpoteka krediti bir çox vətəndaşları evsizlik problemindən qurtarır. Şərtlərə uyğun gələn vətəndaşlara banklar 7 faizlə ipoteka krediti verir. Bu da vətəndaşları kirayələrdən qurtarır.

Передача денег из рук в руки - Sputnik Azərbaycan
TƏHLİL
Manatla olan problemli kreditlər üzrə də güzəşt nəzərdə tutulur

Amma son günlər vətəndaşlar iddia edirlər ki, bir müddətdir banklar 7 faizlik ipoteka kreditlərini dayandırıb. Bununla bağlı Sputnik Azərbaycan-a daxil olmuş şikayətlərdə deyilir ki, banklar tərəfindən onlara 7 faizlik kreditin dayandırıldığı bildirilsə də, heç bir səbəb göstərilmir.

Məsələni dəqiqləşdirmək üçün ölkənin bir neçə aparıcı bankına sorğu göndərdik.

Sorğumuza "Bank of Baku"dan cavab olaraq bildirildi ki, bank ipoteka verir: "7% endirimli tarifdir, ipotekaları standart olaraq 8% ilə veririk".

"Kapital Bank"dan da cavab verildi ki, hazırda ipoteka kreditləri verilir, müştərilər də bu xidmətdən istifadə edirlər.

"AzərTürkBank"ın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev qeyd etdi ki, bank müxtəlif növ kreditləri daha münasib şərtlərlə, o cümlədən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ayrılmış adi ipoteka kreditlərini illik faiz dərəcəsi 7% olmaqla təklif edir: "Bu istiqamətdə işlər davam etdirilir. Həmçinin bankımız adi ipoteka kreditləri üzrə borcalanın hər bir ailə üzvü üçün nəzərdə tutulmuş xərc məbləğini 180 manatdan 150 manata endirib".

"AccsessBank"ın mətbuatla əlaqələr şöbəsinin rəhbəri İlkin Əhmədov isə diqqətə çatdırdı ki, onlar, ümumiyyətlə ipoteka vermirlər.

"Unibank"dan sorğumuza verilən cavab belə oldu: "Bankımızda ipoteka kreditlərinin ayrılması davam edir. Hazırda əhalidən ipoteka kreditləri ilə bağlı müraciətlər qəbul edilir. Şərtlərə uyğun gələn müraciətlər müsbət cavablandırılaraq kredit ayrılır".

"Beynəlxalq Bank"dan da deyildi ki, onlarda da ipoteka kreditləri verilir: "Bu barədə vətəndaşlar bankın rəsmi saytından məlumat ala bilərlər".

Məsələ ilə bağlı İpoteka və Kredit Zəmanət Fonduna göndərdiyimiz sorğuya isə, 10 iş günündən daha çox vaxt keçməsinə baxmayaraq, cavab verən olmadı. Eyni zamanda zənglərimiz də cavabsız qaldı.

Xəbər lenti
0