“Bayıl sürüşmə zonasında yaşayan məcburi köçkünlərin köçürülməsi mümkün ola bilər”

© REPORTBayıl yamacında sürüşmə zonası, arxiv şəkli
Bayıl yamacında sürüşmə zonası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
O bildirib ki, bu cür kateqoriyada olan insanları gələcəkdə nəzərdə tutmuşuq

BAKI, 15 mart - Sputnik. “Bayıl sürüşmə zonasında yaşayan məcburi köçkünlərin köçürülməsi gələcəkdə mümkün ola bilər”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bayıl sürüşmə zonasındakı məcburi köçkünlərlə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin insanların indiki zamanda köçürülməsi ilə bağlı rayon icra hakimiyyəti qərar verməlidir: “Yerli hakimiyyət orqanları həmin məcburi köçkün ailələri ilə bağlı fikirlərini səsləndirməlidirlər. Həmin ailələr dövlətin bu gün köçürmə qeydiyyatında olan insanlar deyillər. Yeni salınmış qəsəbələrdə ağır vəziyyətdə olan, yataqxana və uşaq bağçalarında yaşayan məcburi köçkünləri prioritet kimi müəyyənləşdirmişik”.

O bildirib ki, bu cür kateqoriyada olan insanları gələcəkdə nəzərdə tutmuşuq: “Gələcək mərhələdə Bayıl sürüşmə zonasında yaşayanların da köçürülməsi mümkün ola bilər”. 

Xəbər lenti
0