CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"O gücdə yeraltı təkanın yenidən baş vermə ehtimalı çox azdır"

© Sputnik / Murad OrujovRespublika Seysmoloji Xidmət Mərkəzində Şamaxıda baş vermiş zəlzələyə dair mətbuat konfransı
Respublika Seysmoloji Xidmət Mərkəzində Şamaxıda baş vermiş zəlzələyə dair mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 15 mart — Sputnik. "Afterşoklarla bağlı ümumi vəziyyət yaxşıdır. Güclü zəlzələlər baş vermir. Dünən Şamaxıda baş verən yeraltı təkan zəlzələ hesab edilməməlidir. Təki hər zaman yeraltı təkanlar belə yüngül baş versin".

© Sputnik / Murad OrujovRespublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktor müavini Qurban Yetirmişli
O gücdə yeraltı təkanın yenidən baş vermə ehtimalı çox azdır - Sputnik Azərbaycan
Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktor müavini Qurban Yetirmişli

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə bəzən gündə 2, bəzən də 8 afterşok qeydə alınır: "Öncədən də demişdim ki, afterşoklar olacaq. Lakin fevralın 5-də baş verən ocaqda 5.2 bal gücündə yeraltı təkanın yenidən baş vermə ehtimalı çox azdır".

"Kəlbəcər, Masallı, Qubada da xırda təkanlar baş verir. 1 il müddətində 4 mindən çox yeraltı təkan baş verir. Bu isə gündəlik olaraq təxminən 10-dan artıq xırda təkanın baş verməsi deməkdir. Belə xırda təkanlar hər zaman olub və olmalıdır" – deyə baş direktor əlavə edib.

Q.Yetirmişli vulkanlarla bağlı vəziyyətdən də danışıb: "Vulkanların öyrənilməsi üçün onun ətrafında monitorinq sistemi yaradılmalıdır. Çünki sıxılma, bir balaca aktivliyin olub, olmaması bu yolla öyrənilməlidir".

"Biz deyirik ki, vulkanlarla zəlzələlərin bir əlaqəsi var. Bəli, bu həqiqətdir. Zəlzələnin təsirindən vulkan püskürməsi baş verir. Lakin hansı vulkanın təhlükəli olması müəyyənləşdirmək üçün ərazinin öyrənilməsinə ehtiyac var" – deyə baş direktor əlavə edib. Onun sözlərinə görə, güclü zəlzələdən sonra ətrafında sıxılma gedən vulkanın qaynaması başlayır və püskürmə olur: "Şamaxıdakı "Quşçu" vulkanı da yeraltı təkandan bir gün sonra püskürdü".

Xatırladaq ki, bu il fevralın 5-də Azərbaycanda 6 maqnituda gücündə zəlzələ baş vermişdi. Zəlzələ Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınmışdı.

Xəbər lenti
0