Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST nümayəndəsi: “Vərəmlə mübarizə haqqında” qanuna yenidən baxılması vacibdir”

© Sputnik / Tarana KhudabakhshiyevaÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin rəhbəri Hande Harmancı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin rəhbəri Hande Harmancı - Sputnik Azərbaycan
Abunə olmaq
ÜST Azərbaycana vərəmlə mübarizə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə yardım göstərməyə hazırdır

BAKI, 14 mart - Sputnik. “Azərbaycanda “Vərəmlə mübarizə haqqında” qanun 2001-ci ildə qəbul edilib və buna yenidən baxılması vacibdir”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin rəhbəri Hande Harmancı Milli Məclisdə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr edilən dinləmədə deyib.

Onun sözlərinə görə, ÜST Azərbaycana vərəmlə mübarizə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə yardım göstərməyə hazırdır: “Azərbaycanda vərəmlə mübarizə sahəsində çox ciddi işlər aparılır və bu, davam etdirilməlidir”.

“Bəzi ölkələrdə vərəmli insanlar ailə qurmaqda, iş tapmaqda çətinlik çəkirlər. Buna qarşı mübarizə aparmaq lazımdır” - deyə ÜST rəsmisi deyib.

Xəbər lenti
0