Təhsil eksperti birinci sinfə qəbul prosesindən danışır

Abunə olmaq
Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, prosesin indi başlaması valideynlərin çətinliklərini aradan qaldırır
Məlahət Mürşüdlü: “Valideynlər üçün hansısa çətinlik yaratmayacaq”

Martın 13-dən 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumtəhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.

Sputnik Azərbaycan-a danışan təhsil eksperti Məlahət Mürşüdlü deyib ki, proses əvvəllər yay aylarında keçirildiyi üçün valideynlərə çətinlik yaradırdı: “Qəbulun indi başlaması valideynlərin çətinliklərini aradan qaldırır. Digər tərəfdən əvvəlki dövrlərdə birinci sinfə qəbul üçün valideynlərdən əlavə sənəd tələb olunurdu. Artıq valideynlər bundan da azad olunublar. Düşünürəm ki, bu proses valideynlər üçün hansısa çətinlik yaratmayacaq. Valideynlərdən tələb olunan odur ki, lazımi qaydada ərizə ilə müraciət etsinlər və uşaqlarını məktəbə hazırlasınlar”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0