Sosial Adaptasiya Mərkəzinin strukturu təsdiq edilib

© Sputnik / Murad OrujovКабинет министров Азербайджанской Республики
Кабинет министров Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Sturuktura inzibati idarəetmə heyəti, sosial reabilitasiyanın təşkili şöbəsi və təsərrüfat və xidmət şöbəsi daxil edilib

BAKI, 14 mart — Sputnik. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti (NK) qərar verib. 

Кабинет министров Азербайджанской Республики - Sputnik Azərbaycan
Ödənişli avtomobil yolları ilə bağlı qərar verilib

Sputnik Azərbaycan NK-ya istinadla xəbər verir ki, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturu" təsdiq edilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin işçilərinin say həddi 42 vahid müəyyən edilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin sturukturu müəyyən edilib.

Sturuktura inzibati idarəetmə heyəti, sosial reabilitasiyanın təşkili şöbəsi və təsərrüfat və xidmət şöbəsi daxil edilib.

Xəbər lenti
0