BAKI, 14 mart — Sputnik. "Bakı Metropoliteni" QSC Novruz bayramı ilə əlaqədar martın 19-20-də retro vaqonları yenidən xəttə buraxacaq. Sputnik Azərbaycan-a bu barədə "Bakı Metropoliten"in mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O deyib ki, Novruz bayramı ilə əlaqədar xüsusi proqram hazırlayıblar: "Bu il ötən illərdən daha fərqli olacaq. Yenə də retro qatarları xəttə buraxacağıq. İlk dəfə olaraq metroda keçəl və kosa da olacaq. Bu rolları peşəkar aktyorlar ifa edəcəklər. Bayram tədbiri martın 19-da, saat 14:00-da "İçəri Şəhər" stansiyasında başlayacaq".
"Eyni zamanda azyaşlı sərnişinlərimizi də unutmadıq. Belə ki, uşaqlara bayram münasibəti ilə simvolik hədiyyələr verəcəyik", - deyə o qeyd edib.