SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Daha bir ölkədən həyəcan siqnalı: "Bəşəriyyət məhv ola bilər"

© Official website of President of Azerbaijan RepublicBosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviç
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviç - Sputnik Azərbaycan
Abunə olmaq
Şefik Caferoviç: "Ayrı-ayrı ölkələr bu problemlərin öhdəsindən təkbaşına gələ bilməz"

BAKI, 14 mart — Sputnik. "Qarşımızda böyük problemlər var ki, onlardan biri qeyri-müəyyənlikdir. Kütləvi qırğın silahlarının məhdudlaşdırılması ilə bağll beynəlxalq müqavilələr illərdir öz bəhrəsini versə də, indi fərqli məsələlər ortaya çıxıb ki, buraya terrorizm və digərləri daxildir".

Əşrəf Qəni Əhmədzay - Sputnik Azərbaycan
SİYASƏT
Əfqanıstan Prezidenti: "Dünyada qorxu yaşanır"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviç Bakıda keçirilən VII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib. O bildirib ki, bütün bunlar ictimai proseslərə təsir edir.

"Köhnə problemlər mövcudluğunu saxlayır. Bunun qarşısının alınması üçün səylər göstərməliyik. Qlobal məsələlər hər kəsə ziyan vurur. Ayrı-ayrı ölkələr bu problemlərin öhdəsindən təkbaşına gələ bilməz. Siyasətlər problemlərə görə hazırlanmalıdır. Hər bir ölkə üçün əsas məsələ təhlükəsizlikdir ki, bunu qlobal platformada təmin etmək mümkündür" - Caferoviç vurğulayıb.

"Bu problemlərin öhdəsindən potensialımızı birləşdirərək gələ bilərik. Müasir təsirlərə və təhlükələrə qarşı müasir həllər tələb olunur. Əsasən də qabaqcıl mübarizə dünyada əmin-amanlığa səbəb ola bilər" - o, əlavə edib.

Caferoviç vurğulayıb ki, münaqişələr bəşəriyyətin yer üzündən silinməsi ilə yekunlaşa bilər: "Beynəlxalq hüquq bunun qarşısının alınması istiqamətində səylərini gücləndirməlidir. Mənim ölkəm bunda maraqlıdır. Bosniya və Herseqovina beynəlxalq hüququn qorunmasında öz fəaliyyətlərini davam etdirir. Biz bununla yeni dünya quruluşuna nail ola bilərik".

Xəbər lenti
0