Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bayram öncəsi qiymətlər nə qədər artıb - ekspert açıqladı

© Sputnik / Murad OrujovAzad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, dövlət tərəfindən tənzimlənməyən qiymətlərə hansısa məmurun müdaxilə etməsi doğru deyil
Eyyub Hüseynov: “Gəlirlər artdıqca qiymət artımı tendensiyası davam edəcək”

“Hər il olduğu kimi bu il də bayram ərəfəsində qiymətlərin artmasını müşahidə edirik”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il bayram mallarının qiymətlərində 8 faizlik artım müşahidə olunur:

“Dövlət tərəfindən tənzimlənməyən qiymətlərə hansısa məmurun müdaxilə etməsi doğru deyil. Bazarda olan məhsulların qiymətini alıcılar və satıcılar müəyyən edir. Onu da bildirim ki, bayram ərəfəsində tələb təklifi üstələdiyindən keyfiyyətsiz məhsulların həcmi də artır. Əhalinin gəlirləri artdıqca qiymət artımı tendensiyası da davam edəcək. Təəssüfləndirici məqamlardan biri də vətəndaşlarımızın yerli məhsullara olan inamsızlığıdır. Bunda sahibkarların da rolu var”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0