Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Astarada 8 il əvvəl baş vermiş cinayətin üstü açılıb

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidCəzaçəkmə müəssisəsində, arxiv şəkli
Cəzaçəkmə müəssisəsində, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 13 mart — Sputnik. Astarada 8 il əvvəl baş vermiş cinayətin üstü açılıb.

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsi - Sputnik Azərbaycan
İcra başçısının ölümü ilə bağlı cinayət işi açılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri zəruri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il aprel ayının 18-də rayonun Pensər kənd sakini K.İsmayılovaya məxsus yaşayış evindən 2775 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan şəxs müəyyən edilib. Araşdırmalarla oğurluğu törədən şəxsin sonradan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 ( Qəsdən sağlamlığa yüngül zərər vurma), 177.2.2 (Oğurluq, təkrar törədildikdə), 177.2.3 (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 177.2.4 (Oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 181.2.2 (Quldurluq, təkrar törədildikdə), 181.2.5 (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Lerik rayon sakini Yaşar Şəfiyev olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0