ABŞ qadağan edilmiş raketləri sınaqdan keçirəcək

© AP Photo / Mindaugas KulbisPatriot raket sistemi
Patriot raket sistemi - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ, Şərqi Asiya və Avropadakı müttəfiqlərinə hər iki raket ilə bağlı məlumat verməyib

BAKI, 14 mart — Sputnik. ABŞ "Yaxın və Orta mənzilli raketlərin ləğvi haqqında" müqavilə çərçivəsində qadağan edilmiş iki raketi bu il sınaqdan keçirəcək. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, amerikalı rəsmilər raketlərin adını açıqlamayıblar. 

Əməliyyat-taktiki raket bölmələri təlimə cəlb edilib - Sputnik Azərbaycan
Əməliyyat-taktiki raket bölmələri təlimə cəlb edilib - VİDEO

Ancaq onlardan birinin 1000 kilometr məsafə qət edən naviqasiya raketi, digərinin isə 3000-4000 kilometr məsafə qət edən ballistik raket olacağı deyilib. Hər iki raketin də nüvə başlıq daşımayacağı qeyd edilib.

Naviqasiya raketinin avqust ayında test ediləcəyi və 18 ay içərisində aktiv hala gətiriləcəyi qeyd edilib. Ballistik raketin isə noyabr ayında sınaqdan keçiriləcəyi, ancaq, beş il içərisində əməliyyata hazır vəziyyətə gətiriləcəyi bildirilib.

ABŞ, Şərqi Asiya və Avropadakı müttəfiqlərinə isə hər iki raket ilə bağlı məlumat verməyib. Xəbərə görə, ABŞ ordusu ballistik raketi Sakit Okeandakı Quam adasına yerləşdirə bilər.

Xəbər lenti
0