ABŞ 2018-ci ildə “İnsan haqları”na dair hesabatı yayımladı

© AFP 2024 / NICHOLAS KAMMABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın hesabatında Qaşıqçı olayına önəm verilməyib

BAKI, 14 mart — Sputnik. ABŞ-ın Xarici İşlər Nazirliyi “2018 İnsan Haqları”na dair hesabatını açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hesabatda ən çox diqqətçəkən məqam ötən ilin oktyabrında Camal Qaşıqçı olayında təqsirəndirilən Səudiyyə şahzadəsinin adının çəkilməməsi idi. Hesabatda Myanmanın arakanlı müsəlmanlara qarşı törətdiyi vəhşiliklər də pislənilib.

Həmçinin Çinin uyğur türklərinə qarşı etdikləri, 2 milyon müsəlmanın tutularaq amansızcasına işgəncəyə məruz qalmasına diqqət çəkilib. İran, Çin, Şimali Koreya kimi ölkələrdə vətəndaşların hər gün  hüququnun pozduğu vurğulanıb.

Bundan başqa PKK və İŞİD-in əməlləri, törətdiyi olaylar da pislənilib.

Lakin Misirdə insan haqlarının pozulmasına diqqətin çəkilməməsi böyük qınağa səbəb olub.

Xəbər lenti
0