CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xoşqədəmin verilişindəki ittihamlar müğənni Aysel Əlizadənin həyatını alt-üst edib

© Instagram / ayselelizadehsAzərbaycanlı ifaçı Aysel Əlizadə
Azərbaycanlı ifaçı Aysel Əlizadə - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur müğənni gələcəkdə də iki uşaq anasının ittihamlarına cavab vermək niyyətində deyil.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. Azərbaycanlı ifaçı Aysel Əlizadə onu ərini əlindən almaqda günahlandıran Turan adlı qadının dediklərinə şərh vermək niyyətində olmadığını bildirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, teleaparıcı Xoşqədəm Hidayətqızının "Xəzər" telekanalında yayımlanan "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadə ilə bağlı şok ittiham səsləndirilib. Proqrama çıxan Turanə adlı qadın 13 illik ailəsini Aysel Əlizadənin dağıtdığını iddia edib. Qadın müğənnini uzun illərdir tanıdığını deyib. Onun sözlərinə görə, Əlizadə dəfələrlə həyat yoldaşı ilə birgə onun evinə gəlib. Hətta Ayselin sürdüyü və mətbuatda bu haqda xəbəri çıxan "Porsche" avtomobilini də keçmiş əri müğənniyə hədiyyə edib. Turanə bildirib ki, 48 yaşlı əri iş adamıdır, avtosalonu var və tikinti biznesi ilə məşğuldur. Şikayətçi əmindir ki, Əlizadənin ucbatından əri onu atıb və qızlarından birini əlindən alıb. İndi isə qadın qızını geri almaq istəyir.

"Biz 13 il birgə yaşamışıq. Mən adi evdar qadınam. Həmişə evlə, ailəmlə məşğul olmuşam və heç vaxt ağlıma gəlməzdi ki, ərim məni atacaq. Aysel qəfildən ərimin həyatına daxil olub və onu əlimdən alıb. Ərimin 48 yaşı var, qız isə 24-25 yaşlardadır. Qız yoldaşımın qızı yaşındadır. Müğənni əvvəlcə ərimi əlimdən aldı, sonra isə qızımın dalınca gəldi, ona zəng etməyə, onunla birlikdə vaxt keçirməyə başladı" - deyə Turanə xanım televiziyanın efirində bildirib.

Turanə xanımın sözlərinə görə, Əlizadə onun ərinin həyatına təsadüfən daxil olmayıb. Əri uzun illərdir avtomobil ticarəti, tikinti biznesi ilə məşğul olur və böyük pullar qazanır. Məhz o müğənniyə 150 min manat qiyməti olan Porsche markalı avtomobil bağışlayıb. Əri təkcə Turanəni buraxmayıb, həm də uşaqlardan birini onun əlindən alıb. İndi isə qadın məhkəmənin qərarı ilə ona verilmiş qızını ərinin əlindən almaq istəyir.

Sputnik Azərbaycan-ın müxbiri məsələ ilə bağlı Aysel Əlizadə ilə əlaqə saxlayıb. Əlizadə onu ittiham edən qadına cavab vermək istəmədiyini bildirib. Müğənninin prodüseri Daşqın Rzazadə də deyib ki, o, müğənni ilə heç cür əlaqə saxlaya bilmir. Hər kəs kimi onun üçün də bütün bunlar gözlənilməz olub.

"Mən bu mövzuda sizə heç nə deyə bilmərəm. Dünəndən bu yana ona zəng etməyə cəhd göstərirəm. O, artıq iki ilə yaxındır Türkiyədə yaşayır. Aysel orada müqavilə bağlayıb və yaradıcılığını İstanbulda davam etdirir. O, hərdən anası və bacısına baş çəkmək üçün Bakıya gəlir. Hal-hazırda onun həyatında bir nəfər var. Aysel həmin şəxslə nişanlanmaq və ona ərə getmək niyyətindədir" - deyə Rzazadə bildirib.

Rzazadənin sözlərinə görə, Turanənin ittihamları ucbatından Əlizadə ilə sevgilisi arasında problemlər yaranıb. Eyni zamanda bu hadisə müğənninin anasının da səhhətində ciddi problem yaradıb. Onun bütün qohumları qadının ittihamlarından şoka düşüblər. Prodüser onu da deyib ki, Əlizadənin Porsche markalı avtomobili yeddi ildir var.

Aysel Əlizadə "Yeni ulduz" milli müğənni yarışında iştirak edəndən sonra şöhrət qazanıb. O, indiyə qədər səhnədə oxumağa davam edir.

Ölkə KİV-lərinin yazdığına görə, Əlizadənin sevgilisi olduğu iddia edilən adam Bakıdakı məşhur avtoqalereyanın sahibi olan Elçin adlı şəxsdir. O, həmçinin "Yetim" ləqəbi ilə tanınır. Biznesmen Aysel Əlizadəyə son model "Porsche" almaqla yanaşı, xüsusi məna kəsb edən dövlət nömrə nişanı da hədiyyə edibmiş. Belə ki, "90 EA 333" seriyalı nömrədə cütlüyün adlarının baş hərfləri əks olunub.

Xəbər lenti
0