Vaşinqton Rusiyanın nəhəng layihəsinə qarşı çıxdı - Vəziyyət gərginləşir

© AFP 2024 / Mladen ANTONOVФлаги России и США перед зданием посольства Соединенных Штатов Америки в Москве, 30 июля 2017 года
Флаги России и США перед зданием посольства Соединенных Штатов Америки в Москве, 30 июля 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Parlamenti ötən gün Brüssel və Moskva arasında siyasi münasibətlər haqqında qətnamənin lehinə səs verib

BAKI, 13 mart — Sputnik. Rəsmi Vaşinqton istəmir ki, onun Avropada olan müttəfiqləri Rusiya qazından asılı olsun. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo bəyan edib.

Şimal axını-2 qaz kəməri üçün boru istehsalı - Sputnik Azərbaycan
Polşa XİN rəhbəri: "Şimal axını -2" Ukraynanı məhv edir"

"Biz istəmirik ki, bizim avropalı həmkarlarımız Rusiya qazından asılı olsun" - deyən Pompeonun sözlərinə görə, Avropa ölkələri "Şimal axını-2" layihəsi ilə bağlı Rusiya qazından asılı olacaq. 

Dövlət katibi əlavə edib ki, ABŞ öz müttəfiqlərinə elektrik enerjisi tədarükünün "diverfikasiyasını təmin etməyə" yardım etmək niyyətindədir.

Qeyd edək ki, Avropa Parlamenti ötən gün Brüssel ilə Moskva arasında siyasi münasibətlər haqqında qətnamənin lehinə səs verib. Qətnamədə qeyd olunur ki, "Şimal axını-2" Avropa İttifaqının (Aİ) Rusiya qazının tədarükündən asılılığını gücləndirir, daxili Avropa bazarını təhdid edir və Aİ-nin energetika siyasətinə və ya onun strateji maraqlarına uyğun gəlmir.

Qətnamədə təklif olunur:

- Personal sanksiyaların genişləndirilməsi imkanının nəzərdən keçirilməsi;

- Rusiyanın maliyyə və texnologiyalara çıxışını məhdudlaşdırmaq;

- Rusiyanı daha strateji tərəfdaş hesab etməmək;

Xatırladaq ki, 1220 kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq.

Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.

Baltikyanı ölkələr, Polşa və Ukrayna "Şimal axını-2" qaz boru kəmərinin tikintisinə qarşı çıxır. Bu ölkələr hesab edir ki, "Şimal axını-2" iqtisadi layihə deyil və Avropanın bütövlüyünə zərbə vurmağa hesablanıb.

ABŞ da Almaniyanın Rusiya ilə "Şimal axını-2" qaz razılaşmasını imzalamasına qəti etiraz edir və iddia edir ki, bununla Avropanın Rusiyadan qaz asılılığı daha da artacaq. Vaşinqton ehtiyat edir ki, "Şimal axını-2" qaz kəmərinin təhlükəsizliyini bəhanə edərək, Moskva gələcəkdə Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirəcək.

Xəbər lenti
0