Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Norveçli dizaynerdən göz yaşardan şüar: "Evimizə - Qarabağa geri qayıtmaq istəyirəm"

© © Şervin Nəcəfpurun şəxsi arxivindənAzərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün "I'm a Star" (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib
Azərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün I'm a Star (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib - Sputnik Azərbaycan
Abunə olmaq
Norveçin kral ailəsinin dizayneri növbəti kolleksiyasını Azərbaycana həsr edib

BAKI, 13 mart — Sputnik. Ümumdünya şöhrətli, Azərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün "I'm a Star" (Mən ulduzam) adlı yeni kolleksiyasını müxtəlif şüarlar altında təqdim edib.

© © Şervin Nəcəfpurun şəxsi arxivindənAzərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün "I'm a Star" (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib
Norveçli dizaynerdən göz yaşardan şüar: Evimizə - Qarabağa geri qayıtmaq istəyirəm - Sputnik Azərbaycan
Azərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün "I'm a Star" (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib

Kolleksiyanın şüarları arasında "Evimizə - Qarabağa geri qayıtmaq istəyirəm" (I want to go back home to Karabakh), "Xocalıya ədalət" (Justice For Khojaly), "Urmiya gölünü qoru" (Save lake Urmia), "Mən Təbrizin ulduzuyam" (I'm a Star in Tabriz), "Mən Bakının ulduzuyam" (I'm a Star in Baku) kimi ifadələr yer alıb.

© © Şervin Nəcəfpurun şəxsi arxivindənAzərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün "I'm a Star" (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib
Norveçli dizaynerdən göz yaşardan şüar: Evimizə - Qarabağa geri qayıtmaq istəyirəm - Sputnik Azərbaycan
Azərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün "I'm a Star" (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib

Dizaynerin özü Sputnik Azərbaycan-a verdiyi məlumatda deyib ki, onun bu dəfiləsi Türkiyə KİV-lərində böyük rezonans doğurub. Bu reaksiyaya səbəb modellər podiuma çıxarkən ekranda 25 ildən çoxdur Ermənistanın işğalı altında olan Azərbaycan şəhərlərinin adlarının (Xankəndi, Şuşa və s.) nümayiş etdirilməsi olub.

© © Şervin Nəcəfpurun şəxsi arxivindənAzərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün "I'm a Star" (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib
Norveçli dizaynerdən göz yaşardan şüar: Evimizə - Qarabağa geri qayıtmaq istəyirəm - Sputnik Azərbaycan
Azərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün "I'm a Star" (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib

Nümayişin əsas modeli kimi podiuma "Mister Azerbaijan" və "Best Model" müsabiqələrinin qalibi Şakir Əhmədzadə çıxıb.

© © Şervin Nəcəfpurun şəxsi arxivindənAzərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün "I'm a Star" (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib
Norveçli dizaynerdən göz yaşardan şüar: Evimizə - Qarabağa geri qayıtmaq istəyirəm - Sputnik Azərbaycan
Azərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün "I'm a Star" (Mən ulduzam) adlı yeni kolleksiyasını təqdim edib

Şervin Nəcəfpur təkcə məşhurlar üçün deyil, Norveçin kral ailəsinin üzvləri üçün də geyimlər hazırlayır. O, əslən Cənubi Azərbaycandandır və vətəninə, millətinə sadiq olan sənət adamıdır. O, Antalyadakı moda nümayişi əsnasında çəkilən şəkilləri Instagramdakı səhifəsində paylaşıb. Onun bu paylaşımları erməniləri qıcıqlandırıb və onlar dizaynerin səhifəsini şikayət edərək bloklanmasına səbəb olublar.

Xəbər lenti
0