Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağcabədidə narkotik əməliyyatı keçirilib

© Sputnik / Rahim MuradovAstara rayonunda ələ keçirilən narkotik
Astara rayonunda ələ keçirilən narkotik - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı cinayət işi başlanılıb

BAKI, 13 mart — Sputnik. Ağcabədi rayonunda polis əməkdaşları külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş İ.Həsənov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları onun yaşadığı evdən əlavə olaraq çəkisi 6 kiloqram 100 qram marixuana aşkar edərək götürüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti
0