BAKI, 13 mart — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin əsgəri, sıravi-feldşer Hamlet Hraçiviç Avakyan həlak olub. Sputnik Ermənistan xəbər verir ki, bunu öz "Facebook" səhifəsində Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsurun Hovannisyan yazıb.
Onun sözlərinə görə, hadisə Ermənistanın şimal-şərq sərhədlərinin yaxınlığında baş verib: "Ölüm faktı düşmənin açdığı atəş nəticəsində baş verməyib. Digər təfərrüatları müvafiq orqanlar açıqlayacaq".
Qeyd edək ki, bu, ötən gün ərzində Ermənistan ordusunda baş verən ikinci haldır. Belə ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər həlak olub.
Məlumata əsasən, martın 12-i saat 06:50 radələrində 2000-ci il təvəllüdlü Karen Karapetyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb. Faktla bağlı araşdırmalar aparılır.