Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda vergi ödəyicilərinin sayı milyona yaxınlaşır

© AR Ministry of TaxesVergi ödəyicilərinə xidmətin göstərilməsi
Vergi ödəyicilərinə xidmətin göstərilməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bir il ərzində Azərbaycanda vergi ödəyicilərinin sayı 30%-dək artıb

 

BAKI, 13 mart — Sputnik. 1 mart 2019-cu il tarixə vergi orqanlarında qeydiyyata alınan, vergi ödəyicisi olan fiziki və hüquqi şəxslərin ümumi sayı 988.158 nəfərə çatıb. Bu barədə Vergilər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Naziliyin məlumata görə, 2019-cu ilin yanvar ayında qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 9.346 (1.243 hüquqi şəxs, 8.103 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 29,5 faiz çoxdur. Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 54,8 faizi regionların payına düşüb. Bununla da 1 mart 2019-cu il tarixə vergi orqanlarında qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 988.158-ə çatıb. Hesabat dövründə 1.243 kommersiya hüquqi şəxsdən 69,1 faizi, 8.103 fiziki şəxsdən 1,8 faizi elektron qaydada qeydiyyatdan keçib.

2019-cu ilin fevral ayı ərzində qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 3.896 olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 51,6 faiz çoxdur. Həmin dövrdə qeydiyyatdan keçmiş NKA-ların sayı 2.493, POS-terminalların sayı isə 908 olub. Bu da ötən illə müqayisədə müvafiq olaraq 91,9 faiz və 16,7 faiz çoxdur.

Xəbər lenti
0