BAKI, 12 mart — Sputnik. Dünən Orenburq hava limanında, Moskvaya uçan təyyarədə sərxoş azərbaycanlı dava salıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Orenburq vilayətindən olan deputatı Yuri Mişeryakov öz "Instagram" səhifəsində məlumat paylaşıb.
Посмотреть эту публикацию в Instagram
O, qeyd edib ki, sərxoş Azərbaycan vətəndaşı təyyarə uçmağa hazırlaşarkən göyərtədə dava salıb: "Polis və sərnişinlərin köməyi ilə davakar şəxs təyyarədən endirilib. Uçuş təhlükəsiz şəraitdə davam edib".