Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Novruz bayramında qiymətlərlə bağlı proqnoz verildi

CC0 / MemoryCatcher / Supermarket Supermarketdə vitrinlər, arxiv şəkli
Supermarketdə vitrinlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Bayram öncəsi Novruz süfrəsi üçün xüsusi əhəmiyyət kəsb edən və kənd təsərrüfatı məhsullarının qiymətində də artımın olacağı danılmazdır" - Natiq Cəfərli

BAKI, 12 mart — Sputnik. “Bayramöncəsi hər il Azərbaycanda arzuolunmaz bir praktika geniş yayılıb. Yeni il və Novruz bayramı ərəfəsində Azərbaycanda bir sıra məhsulların qiymətlərində artım nəzərə çarpır. Bu həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır”.

© Facebook / natig.jafarliİqtisadçı-ekspert Natiq Cəfərli
Novruz bayramında qiymətlərlə bağlı proqnoz verildi - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Natiq Cəfərli

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

N.Cəfərlinin sözlərinə görə, bayramla əlaqədar olaraq artıq ərzaq məhsullarının qiymətində artım tempi özünü göstərir: “Bayram öncəsi Novruz süfrəsi üçün xüsusi əhəmiyyət kəsb edən və kənd təsərrüfatı məhsullarının qiymətində də artımın olacağı danılmazdır. Bu səbəbdən düşünürəm ki, bu il də öncəki bayramlarda olduğu kimi kəskin qiymət artımını müşahidə edəcəyik”.

Xəbər lenti
0