BAKI, 12 mart — Sputnik. Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Rusiyanın "Qazprombank" SC-nin birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikası investisiya layihələrinin reallaşdırılması yolunda: "Qazprombank" SC-nin imkanları" mövzusunda biznes-forum keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat naziri Şahin Mustafayev açıb.
Nazir Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, iki ölkənin Hökumətlərarası Komissiyanın iclaslarının bu əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb.
Bundan əlavə, Şahin Mustafayev qeyd edib ki, indiyə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 4,2 milyard ABŞ dolları, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox investisiya yatırıb. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 20% artaraq 2,55 milyard dollara çatıb.