BAKI, 12 mart - Sputnik. “Azərbaycanda orqan transplantasiyası sahəsində əsas problem donorluqla bağlıdır. Donorların sayının az olması, əməliyyata ehtiyacı olan orqanların tapılmaması əməliyyatların sayına təsir göstərir”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün təşkil etdiyi insan orqanlarının donorluğu və transplantasiyası ilə bağlı dinləmədə komitə sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, orqan transplantasiyası ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var: “Orqan transplantasiyası haqqında qanun layihəsinin hazırlanması qərara alınıb və işçi qrup yaradılıb”.
“Ölkəmizdə də orqan transplantasiyası həyata keçirilir. Amma bu, yetərli deyil, daha da inkişaf etdirmək lazımdır” - deyə o qeyd edib.