SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycandan Suriya üçün kömək istəyirlər

© AFP 2024 / Sameer Al-DoumyUşaqlar Afrinin küçələrində oynayırlar
Uşaqlar Afrinin küçələrində oynayırlar - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı politoloq: Azərbaycan öz ayaqları üstündə dayanan ölkə olaraq Suriyaya yardım etməlidir

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 12 mart — Sputnik. Suriyaya yardımı təkcə Rusiya və Azərbaycan etməməlidir. Bu problem maraqlı olan bütün dünya ictimaiyyəti çərçivəsində həllini tapmalıdır. Bunu Sputnik Azərbaycan-a postsovet məkanı ölkələrinin Suriyaya necə yardım etməli olduğu barədə sualı cavablandırarkən politoloq, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Avropa hüququ kafedrasının dosenti Nikolay Topornin deyib.

Daha əvvəl Suriya prezidenti Bəşər Əsəd Çin Xalq Respublikasının xarici işlər nazirinin köməkçisi Çen Syaodunla görüşündə ölkəsinin iqtisadi blokadada olduğunu bəyan edib.

Toporninin sözlərinə görə, Rusiya da, Azərbaycan da, postsovet məkanının digər ölkələri də Suriyaya kömək etməlidir. Humanitar böhrana məruz qalmış ölkə və xalqları dəstəkləmək zərurətini hələ heç kəs inkar etməyib.

Ekspertin sözlərinə görə, Suriya hazırda təkcə iqtisadi blokadada deyil, o, ilk növbədə humanitar böhrandadır. Onun dediyinə görə, vətəndaş müharibəsi, "İslam dövləti" radikal terror qruplaşması (İŞİD) silahlılarının fəaliyyəti, ölkə ərazisində baş verən genişmiqyaslı hərbi əməliyyatlar demək olar ki, bütün şəhərlərdə infrastrukturu dağıdıb.

ABŞ-ın dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu KİV nümayəndələri ilə görüşdən qayıdırlar - Sputnik Azərbaycan
TƏHLİL
Yeni Suriya düyünü: Bölgədə növbəti qarşıdurmanın işartıları görünür

"Əlbəttə ki, postsovet məkanı ölkələri Suriya və onun xalqına bu ağır dövrü keçməyə yardım etməlidir" - deyən politoloq əlavə edib ki, Rusiya bu gün artıq Suriyaya ciddi yardımlar edir, ora ərzaq məhsulları, tibbi ləvazımatlar, ilkin zəruri mallar göndərir.

"Amma başa düşmək lazımdır ki, təkcə Rusiyanın sərf etdiyi güc Suriya Ərəb Respublikasının şəhər, kənd və yaşayış məntəqələrinin hamısının bütün infrastrukturunu bərpa etməyə kifayət eləmir. Bütün beynəlxalq ictimaiyyətin köməyinə ehtiyac var. Hazırda bu barədə "Astana prosesi" çərçivəsində və digər meydançalarda danışıqlar gedir" - Topornin deyib.

Onun fikrincə, hətta Rusiya kimi böyük bir ölkə belə təkbaşına Suriyanı bərpa etmək gücündə deyil.

Ekspertin qeydinə görə, bu gün qlobal siyasət Suriyanın dirçəlişinin baş verməsi üçün ona zəruri humanitar yardımların edilməsi üzərində qurulmalıdır. Eyni zamanda bu ölkənin infrastrukturunun qurulmasına investisiyalar ayırmaq barədə düşünülməlidir.

Topornin hesab edir ki, Avropa bu gün onun ərazisində olan Suriya qaçqınlarının gələcəkdə öz evlərinə qayıtmasına şəraitin yaradılmasında maraqlıdır.

"Odur ki, Suriyanın bərpasına təkcə postsovet ölkələri deyil, Almaniya, Fransa, Böyük Britaniya, İspaniya, İtaliya kimi belə yardımlar etmək gücündə və marağında olan ölkələr cəlb edilməlidir" - politoloq deyib.

Amerika əsgərləri Şimali Suriyada - Sputnik Azərbaycan
ABŞ Suriyanı bölmək, oyuncaq dövlət yaratmaq istəyir

Topornin həmçinin qeyd edib ki, bu prosesə Çin, ABŞ, Səudiyyə Ərəbistanı və Yaxın Şərqin digər varlı ölkələri də cəlb edilməlidir. İqtisadçı əmindir ki, dünya ictimaiyyəti ölkəni bərpa etmək üçün Suriyaya sistemli və məqsədyönümlü yardım göstərməlidir.

"Rusiya artıq bunu edir: ciddi siyasi-diplomatik iş aparır, Suriya tərəfi ilə daimi əlaqə saxlayır, Suriyanın bərpasında iştirak etməkdə maraqlı olan şəxslər və təşkilatlarla görüşür" - deyən Sputnik Azərbaycan-ın həmsöhbəti onu da vurğulayıb ki, proses çətindir və heç kəs elə-belə pul verməyəcək.

Ekspertin fikrincə, indi Suriyanın Konstitusiya islahatlarına getməsini gözləmək lazımdır. Bunun nə dərəcədə mümkün olacağı, ölkənin daxilindəki razılaşmadan asılıdır. Çünki hazırda ölkənin ayrı-ayrı hissələrində münaqişə davam edir. İŞİD praktiki olaraq məhv edildiyindən, hazırda razılaşmaların əldə olunması üçün böyük imkanlar yaranıb. Amma nə qədər ki, Konstitusiya prosesi hələ davam edir, böyük dövlətlər Suriyanın bərpası məsələsi ilə məşğul olmayacaqlar.

Topornin hesab edir ki, öz ayaqları üstündə dayanan ölkə olaraq Azərbaycanın Suriyanın bərpasına kömək etmək imkanı var. Amma yenə də, yardımı təkcə Rusiya və Azərbaycan deyil, bu problemin həllində maraqlı olan bütün dünya ictimaiyyəti etməlidir.

Xəbər lenti
0