BAKI, 11 mart - Sputnik. Martın 1-dən etibarən Azərbaycanda minimum əməkhaqqı 38,4% artıb və aylıq 180 manata çatıb. Həmin gündən etibarən pensiyaların baza hissəsində 38,5% artım edilib və ayda 160 manat təşkil edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, hər il əməkhaqqı üzrə əlavə dövlət xərcləri 400 milyon manat, pensiyalar üzrə isə 49 milyon manat təşkil edir.
Minimum əməkhaqları və pensiyalarla bağlı dəyişikliklərə dair ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.