Türkiyədə qətliam kimi qəza: Çoxlu sayda ölü və yaralı var

© AFP 2023 / DHA / DOGAN NEWS AGENCY Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli
Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Alınan məlumata görə, mikroavtobuslardan biri polisləri daşıyırmış

BAKI, 11 mart — Sputnik. Türkiyənin Van vilayətinin Gürpınar rayonunda iki mikroavtobusun toqquşması ilə nəticələnən dəhşətli qəza baş verib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, qəza nəticəsində 2 nəfər həyatını itirib, 6-sı polis olmaqla 15 nəfər yaralanıb.

Alınan məlumata görə, mikroavtobuslardan biri polisləri daşıyırmış. Digəri isə sərnişin mikroavtobusu olub.

Yaralılar Vandakı müxtəlif xəstəxanalara aparılıb. Yaralılardan sərnişin mikroavtobusunda olan Talat Kaya və Hasan Kahraman həyatını itirib.

Digər yaralıların müalicələri davam edir. Bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Xəbər lenti
0