CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı səmasında növbəti həyəcan – İkinci təyyarə eniş üçün icazə istədi

© Sputnik / Murad OrujovCargolux şirkətinin Boeing 747 təyyarəsi Bakı səmasında, arxiv şəkli
Cargolux şirkətinin Boeing 747 təyyarəsi Bakı səmasında, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Daha əvvəl "Ural Hava Yolları" şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib

BAKI, 11 mart — Sputnik. Gün ərzində ikinci təyyarə Azərbaycan paytaxtı Bakıda təcili eniş etmək üçün icazə istəyib. Bu barədə Sputnik Azərbaycan "vesti.ru"-ya istinadən xəbər verir.

Məlumata əsasən "Cargolux" aviaşirkətinin Honkonq-Lüksemburq aviareysini həyata keçirən "Boeing 747-4HQ" tipli təyyarəsi Bakıda eniş etmək üçün icazə istəyib.

Су 30 МКИ təyyarələri - Sputnik Azərbaycan
RUSİYA
Rusiya səmasında iki qırıcı təyyarə toqquşub

Hələlik təyyarənin eniş etmək istəməsinin səbəbi bəlli deyil.

Qeyd edək ki, daha əvvəl "Ural Hava Yolları" şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib ki, Bəhreyndən Moskva şəhərinə uçan "Ural Hava Yolları" şirkətinə məxsus "Airbus A321" təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

"Qəza enişinə səbəb kapitanın hava gəmisində (HG) bomba olmasından şübhələnməsi ilə bağlıdır. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub. HG komandiri sərnişinlərin təcili təxliyəsi barədə qərar qəbul edib" - deyə məlumatda vurğulanır.

Xəbər lenti
0