BAKI, 11 mart – Sputnik. Məlum olduöu kimi, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatlarının tərkib hissəsi kimi Mətbuat xidməti ləğv edilərək, əvəzində Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.
Sputnik Azərbaycan modern.az-a istinadla xəbər verir ki, artıq yeni yaradılan şöbəyə təyinat da olub.
Vəzifəyə jurnalist Mübariz Aslanov gətirilib. M.Aslanov bu gündən vəzifəsinin icrasına başlayıb.
AzTV-nin baş redaktoru Azər Qismət Modern.az-a faktı təsdiqləyib.
Qeyd edək ki, M.Aslanov əvvəllər "Azadinform", APA və "Report" agentliklərində fəaliyyət göstərib.
Mübariz Zakir oğlu Aslanov 1982-ci il martın 10-da Beyləqan rayonu İkinci Aşıqlı kəndində anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psioxologiya fakültəsində oxuyub, magistr dərəcəsi alıb.