Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Görkəmli gülüş ustasının sənətə gəlişinin maraqlı tarixçəsi

© Wikipedia / Creative CommonsBəşir Səfəroğlu və Nəsibə Zeynalova
Bəşir Səfəroğlu və Nəsibə Zeynalova - Sputnik Azərbaycan
Abunə olmaq
Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyni adlı bədii-sənədli televiziya filmi çəkib

BAKI, 11 mart - Sputnik. 1925-ci il martın 11-də teatr və kino aktyoru, Xalq artisti Bəşir Səfəroğlu anadan olub (1925-1969).

1941-ci ilin axırlarında cəbhəyə yollanan Bəşir 1942-ci ildə kontuziya alaraq geri qayıdıb. Dili tutulub, qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. Beləliklə, B.Səfəroğlu tamaşalara baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər. Yaradıcılıq ehtirası ilə çırpınan Bəşir həyəcanlanır, daxili iztirablar keçirirdi. Belə gərgin günlərdən birində yuxuda bərk həyəcanlanıb və bununla da dili açılıb.

Həmin vaxtdan B.Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlanıb.

Bəşir Səfəroğlu Üzeyir və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib. "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?" və "Ulduz" filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xacə Nəsrəddin rollarını ifa edib.

Sənət uğurlarına görə 29 iyun 1964-cü ildə Bəşir Səfəroğluna Azərbaycanın əməkdar artisti, 25 iyun 1968-ci ildə Xalq artisti fəxri adları verilib.

Bəşir Səfəroğlu Bakıda, 44 yaşına yenicə qədəm basanda, 23 mart 1969-cu ildə vəfat edib. Məzarı Bakıdakı Fəxri Xiyabandadır.

Xəbər lenti
0